Balaca bardaq tez qaynayar.

A little pot is soon hot. Маленький горшок быстро нагревается.
balabanda qandırmaq
balaca bir şeyin üstündə
OBASTAN VİKİ
Tez gəl (mahnı)
İlhami Bəkir Tez
İlhami Bəkir Tez(1905–1984)—Türkiyə şairi. Əruzu yaxşı bilirdi. İlk şeirlərində heca vəznini işlətsə də, sonrakı şeirlərini sərbəst vəznlə yazır. Şeirində ahəng ünsürü açıqdır. Bu dönəmdəki şeirlərini "Həyat bilgisinə görə uşaq şeirləri" (1927), "Mavi kitab" və "24 saat" (Nazim Hikmətlə birlikdə hazırlamışdır və bir fəhlənin iş günündən bəhs edir), "Birinci forma A" (1930), "Hər hansı bir şeir kitabıdır" (1931), "Mustafa Kamal" (1933-cü ildə, cümhuriyyətin onuncu ilində yazdığı bir dastandır. Bu kitabında Atatürkün həyatına, qurtuluş savaşına və istiqlal fikrinə yer verir), "Olduğu kimi" (1935) adları altında toplayır. Sosialist şeiri Mayakovskidən öyrənir. Eşqə, fərdi mövzulara yer verir. Şeirlərində savaş və savaşın nəticəsi olan aclığı, mədən fəhlələrini işləyir. Sosial mövzulara marksist nöqteyi-nəzərdən yanaşır.
Balaca Abdürrəhmanov
Balaca Əbdürrəhmanov (Balaca İlyas oğlu Əbdürrəhmanov; 1922, İstibulaq – 22 yanvar 1977, Bakı) — sovet, azərbaycanlı alim-iqtisadçı, coğrafiyaçı; coğrafiya elmləri namizədi (1958), dosent; Azərbaycan SSR Elmlər Akademiyasının "Məhsuldar qüvvələrin yerləşdirilməsinin" şöbəsinin (1954) kiçik elmi sonra isə baş elmi işçisi (1961); Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Nəqliyyat-iqtisadi əlaqələr" şöbəsinin yaradıçısı və rəhbəri (1968); iqtisad elmləri doktoru (1971), professor. "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medal mükafatçısı (6 iyun 1945). "Doqquzuncu beşilliyin zərbəçisi" döş nişanı" ilə təltif olunmuşdur (29 aprel 1976). == Həyatı == Balaca Əbdürrəhmanov 1922-ci ildə Kəlbəcər rayonunun İstibulaq kəndində anadan olmuşdur. O, 1929-cu ildə Çaykənd də yerləşən 7 illik məktəbə daxil olmuşdur. 1941-ci ildə Kəlbəcər rayonun mədəni-maarif sahəsində bir sıra məsul vəzifələrdə çalışmışdır. Əvvəl Kəlbəcər rayonun mədəni-maarif şöbəsində inspektor, sonra isə mühasib. B. İ. Əbdürrəhmanov SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə mükafatlandırılmışdır (6 iyun 1945). B. Əbdürrəhmanov 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinə qəbul olmuşdur və 1951-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Diplom işinin mövzusu: "Kəlbəcər rayonunun iqtisadi-coğrafi səciyyəsi" olmuşdur.
Balaca Ayasofya
Balaca Ayasofya Məscidi, İstanbulun Kiçik Ayasofya ərazisində yerləşən məsciddir. Kilsə, Bizans (Şərqi Roma) İmparatoru I Yustinian və xanımı Theodora tərəfindən 527–536-cı illər arasında Aya Sergios və Bachos Kilsəsi (Müasir Yunan dili: Eκκλησία τῶν Άγίων Σεργίου καί Βάκχου ὲν τοῖς Ὸρμίσδου) adı ilə inşa etdirilmişdir. 1497-ci ildə II Bəyazidin Topqapı sarayındakı Darüssaadə Hüseyn Ağa dövründə məscidə çevrilmişdir. Bünövrədə 3 metrdən 1,8 metrə qədərlik blok daşlar istifadə edilmişdir. 8 guşəli əsas günbəzə malikdir. İstanbulun ən qədim Bizans Dövrü binası olaraq tanınır. Bağın cənub hissəsində 24 otaqlı böyük bir bağı və ortada fəvvarəsi olan Hüseyin Ağa Mədrəsəsi mövcuddur. Mədrəsə Yəsəvi Fondu tərəfindən bərpa edilmiş və türk el sənətinin xidmətinə verilmişdir. Yaxınlığında Kesikbaş Hüseyn Ağa türbəsi var. Bina 1836 və 1956-cı illərdə iki dəfə təmir edilmiş, müxtəlif qurğuşun və suvaqları yenilənmiş və tək minarəsi əsaslı şəkildə təmir edilmişdir.
Balaca Həmyə
Balaca Həmyə — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 2500 nəfərdir. əsasən əhalisinin soyu kökü ərəb mənşəlidir nadir qulu əfşar zamanında Şamaxı şəhərindən köçürülmüşdür. Qeyd edək ki ulu əcdad qohumları Şamaxı şəhərinin Həmyə kənd camaahatıdır == Toponimikası == Oykonim "Kiçik Həmyə kəndi" deməkdir. Həmyə/həməyə tat və talış dillərində "düz yer", "hamar yer" mənasını ifadə edir. Keçən əsrdə kəndin adı Balaca Həmyə (1933,1979) variantında da qeydə alınmışdır. Ərəbcə isə müdafiə edən deməkdir keçmiş adı Ərəb həmyəsi olmuşdur nadir qulu əfşar zamanında Şamaxı şəhərindən köçürülmüşdür. == Yol == 2014-cü ildə iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Siyəzən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır.
Balaca bulaqotu
Balaca bulaqotu (lat. Veronica minuta) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çılpaq, çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylıdır, nazik, sərilən, 2,5-10 sm uzunluqdadır. Yarpaqlar xırda, qısasaplaqlı, dairəvi, oval və ya yumurtaşəkilli, tamkənarlı, 3-7 mm uzunluqdadır. Salxımlar təpədə yerləşir, qısa, seyrək, uzunsov-tüklü, vəzili deyil. Meyvə kasacığın hissələri 3 mm uzunluqda, oval və uzunsov, kənarlardan ağ kirpiklidir. Çiçək tacı mavi, kasacıqdan 2 dəfə böyükdür. Qutucuğu 4mm uzunluqda, sıxılmış, kənarlardan kirpiklidir.
Balaca qadınlar
Balaca qadınlar — Luiza Mey Alkott tərəfindən yazılmış və 1868-1869-cu illərdə iki hissədə çap olunmuş romandır. Avtobioqrafik səciyyə daşıyan roman Alkott və onun üç bacısı Anna, Elizabet, və Abigeylin uşaqlıq və gəncliyindən bəhs edir. Burada dörd bacı: Meq, Co, Bet və Emi onların həyatı, başlarına gələn hadisələr təsvir olunub. Əsərin əsas qəhrəmanı Conun prototipi müəllifin özüdür. Romandakı hadisələr Alkottun sonralar yazdığı "Balaca kişilər" və "Conun oğlanları" adlı əsələrdə də davam etdirilir. Bu üç əsəri birlikdə "Març ailəsi haqqında trilogiya" da adlandırırlar. == Məzmun == Meq, Co, Bet, Emi Mister Marçın dörd qızıdır. Ataları hər şeyinin itirdikdən və vətəndaş müharibəsində köləliyə qarşı mübarizə aparmağa başladıqdan sonra qızlar analarının himayəsi altında yaşayırlar. Meq varlı bir ailənin dörd uşağının mürəbbisi olur. Co varlı və tündməcaz Març bibiyə kömək edir.
Balaca şahzadə
Balaca şahzadə (fr. Le Petit Prince) — Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayə. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub. Nağıl Yer də daxil olmaqla kosmosda müxtəlif planetləri ziyarət edən Kiçik Şahzadədən bəhs edir. Kitab təklik, dostluq, sevgi və itki mövzularına toxunur. Uşaq kitabının üslubuna baxmayaraq, onun qəhrəmanı həyatdan, insan təbiətindən bəhs edir. Dünyada 140 milyondan çox nüsxə sataraq onu ən çox satılan kitablardan birinə çevirdi. Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdurlar, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər. Balaca Şahzadədəki unikal illüstrasiyalar dil maneələrini aradan qaldırır və hamının başa düşə biləcəyi universal vizual leksikonun bir hissəsinə çevrilir.
Balaca Əbdürrəhmanov
Balaca Əbdürrəhmanov (Balaca İlyas oğlu Əbdürrəhmanov; 1922, İstibulaq – 22 yanvar 1977, Bakı) — sovet, azərbaycanlı alim-iqtisadçı, coğrafiyaçı; coğrafiya elmləri namizədi (1958), dosent; Azərbaycan SSR Elmlər Akademiyasının "Məhsuldar qüvvələrin yerləşdirilməsinin" şöbəsinin (1954) kiçik elmi sonra isə baş elmi işçisi (1961); Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Nəqliyyat-iqtisadi əlaqələr" şöbəsinin yaradıçısı və rəhbəri (1968); iqtisad elmləri doktoru (1971), professor. "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medal mükafatçısı (6 iyun 1945). "Doqquzuncu beşilliyin zərbəçisi" döş nişanı" ilə təltif olunmuşdur (29 aprel 1976). == Həyatı == Balaca Əbdürrəhmanov 1922-ci ildə Kəlbəcər rayonunun İstibulaq kəndində anadan olmuşdur. O, 1929-cu ildə Çaykənd də yerləşən 7 illik məktəbə daxil olmuşdur. 1941-ci ildə Kəlbəcər rayonun mədəni-maarif sahəsində bir sıra məsul vəzifələrdə çalışmışdır. Əvvəl Kəlbəcər rayonun mədəni-maarif şöbəsində inspektor, sonra isə mühasib. B. İ. Əbdürrəhmanov SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə mükafatlandırılmışdır (6 iyun 1945). B. Əbdürrəhmanov 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinə qəbul olmuşdur və 1951-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Diplom işinin mövzusu: "Kəlbəcər rayonunun iqtisadi-coğrafi səciyyəsi" olmuşdur.
Balaca Manhetten
Balaca Manhetten (ing. Little Manhattan) — Mark Levinin rejissorluğu ilə 2005-ci ildə çəkilmiş amerikan romantik, komediya-dram filmi. Filmin baş rollarında Coş Hatçerson və Şarlotta Rey Rozenberq çəkilmişdir. Nyu-York şəhərində keçən film, ilk dəfə aşiq olan 10 yaşlı oğlandan bəhs edir.
Balaca meşə
Balaca meşə (ing. Little Forest) — rejissor Yim Soon-ryenin 2018-ci ildə ekranlaşdırdığı Cənubi Koreya filmi. Daisuke Igarashi-nin 2002-ci ildə nəşr edilmiş eyniadlı manqa kitabının motivləri əsasında çəkilib. Film müəllimlik imtahanından kəsildikdən sonra şəhərdəki işini atıb böyüdüyü kiçik kəndə qayıtmağa qərar verən Hye-won adlı qadının hekayəsindən bəhs edir.
Balaca sürücü
Balaca sürücü (ing. Baby Driver) — Edqar Raytın rejissoru və ssenari müəllifi olduğu 2017-ci ildə çəkilmiş döyüş, komediya və cinayət filmi. Filmdə baş rollarda Anzel Elqort, Kevin Speysi, Lili Ceyms, Eiza Qonzalez, Con Hamm, Yami Foks və Con Berntal yer alır. == Məzmun == Balaca ləqəbli gənc oğlan sükan arxasında özünə rəqib tanımır. Bundan başqa, o, hər zaman musiqi dinləməyi xoşlayır. Onun həyatı başdan-ayağa adrenalinlə doludur. Qanqster qrupunun sürücüsü işləyən gənc bir gün aşiq olur və oyundan çıxmaq istəyir. Lakin bu bataqlıqdan çıxmaq elə də asan olmur.
Tez (Yuxarı Provans Alpları)
Tez (fr. Thèze, oks. Tesa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dyu-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04216. 2008-ci ildə əhalinin sayı 205 nəfər təşkil edirdi. 2007-ci ildə 125 yaş arasında (15-64 yaş arasında) 97 nəfər iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77,6%, 1999-cu ildə bu 67,5%). Aktiv olan 97 nəfərdən (47 kişi və 38 qadın) 12 nəfər işsiz (4 kişi və 8 qadın) işlədi.
Balaca Albert təcrübəsi
Balaca Albert təcrübəsi (ing. Little Albert experiment) – 1920-ci ildə ABŞ psixoloqu Con Uotson və köməkçisi Rozali Reyner tərəfindən aparılmış təcrübə. Təcrübə 9 aylıq Albert təxəllüslü körpə üzərində aparılmışdır. Təcrübənin məqsədi qorxmanın doğuşdan olduğu, yoxsa sonradan əldə olunan refleks olduğunu müəyyənləşdirmək idi. == Arxaplan == Davranış psixologiyasının qurucusu Uotson və köməkçisi Rozali Reyner işə Con Hopkins bağçasının uşaqlarını müşahidə etməklə başladılar. Lakin təcrübələrin aparılmasını labüd hesab edirlər və onlar tədqiqat üçün icazə ala biləcək bir ailə axtarırlar. Nəticədə, 8 aylıq sağlam körpə olan Albert ilə təcrübə keçirmək qərarına gəlirlər. == Gedişat == Əvvəl balaca Albert üzərində bir neçə emosional test edilir. Balaca körpəyə ağ siçan, dovşan, kağız parçaları, parik və maska kimi ilk dəfə görəcəyi obyektləri və vəziyyətləri göstərirlər. Məqsəd Albertın bunlara qarşı qətiliklə əks reaksiya vermədiyini görməkdir.
Balaca Liaxve çayı
Balaca Liaxve çayı (oset. Чысыл Леуахи, gürc. პატარა ლიახვი) — Cənubi Osetiya ilə Gürcüstan ərazisində çay. == Coğrafi mövqeyi == Böyük Liaxvenin sol qoludur. Uzunluğu- 61,11 km-dir. Liaxve qoruğu ərazisindən axır. SSR zamanında Zonkarsk su anbarı bu çayın üzərində idi. == Etimologiyası == Lixve sözünün xüsusi etimologiyası mövcud deyiı. Belə ki, Li mövcud olan yer, gürcü dilində isə Xev- su və ya çay mənasını verir.
Balaca qadınlar (roman)
Balaca qadınlar — Luiza Mey Alkott tərəfindən yazılmış və 1868-1869-cu illərdə iki hissədə çap olunmuş romandır. Avtobioqrafik səciyyə daşıyan roman Alkott və onun üç bacısı Anna, Elizabet, və Abigeylin uşaqlıq və gəncliyindən bəhs edir. Burada dörd bacı: Meq, Co, Bet və Emi onların həyatı, başlarına gələn hadisələr təsvir olunub. Əsərin əsas qəhrəmanı Conun prototipi müəllifin özüdür. Romandakı hadisələr Alkottun sonralar yazdığı "Balaca kişilər" və "Conun oğlanları" adlı əsələrdə də davam etdirilir. Bu üç əsəri birlikdə "Març ailəsi haqqında trilogiya" da adlandırırlar. == Məzmun == Meq, Co, Bet, Emi Mister Marçın dörd qızıdır. Ataları hər şeyinin itirdikdən və vətəndaş müharibəsində köləliyə qarşı mübarizə aparmağa başladıqdan sonra qızlar analarının himayəsi altında yaşayırlar. Meq varlı bir ailənin dörd uşağının mürəbbisi olur. Co varlı və tündməcaz Març bibiyə kömək edir.
Balaca qara balıq
Balaca qara balıq — Kitabları bir çox dillərə tərcümə olunmuş İranda şah rejiminə qarşı müxalif olan və rejimin qurbanına çevrilən azərbaycanlı yazıçı Səməd Behrənginin ən məşhur əsəridir. == Haqqında == Yazıçı Səməd Behrəngi əsərlərində xalqımızın azadlıq, birlik arzularını əks etdirmiş, insanları zülmə, istibdada qarşı mübarizə aparmağa çağırmışdır. Siyasi alleqoriya janrında olan "Balaca qara balıq" hekayəsində müəllif öz azadlıq arzularını balaca balığın dili ilə ifadə edir. Kitab ilk dəfə 1967-ci ildə İmamverdi Samani tərəfindən Azərbaycan türkcəsinə çevrilərək şeir halında yayımlanıb. Azərbaycanda isə ilk dəfə 1975-ci ildə Məmmədrza Afiyət tərəfindən tərcümə edilərək "Ədəbiyyat və incəsənət" qəzetində çap edilmişdir. Sonradan isə Fərşid Mesğalinin illustrasiyaları ilə zənginləşdirilmiş kitab 1967-ci ildə farsca çap olunmuşdur. Fərşid Mesğalinin həmin illüstrasiyaları müxtəlif illərdə mükafatlarla təltif edilmiş, o cümlədən 1974-cü ildə Hans Xristian Andersen mükafatına layiq görülmüşdür. Səməd Behrənginin müəmmalı ölümündən sonra onun əsərləri və xüsusən də "Balaca qara balıq" əsəri daha da məşhurlaşır və mübarizənin, inqilabın rəmzinə çevrilir. Məhz buna görə də əsər Türkiyədə 12 sentyabr hərbi çevrilişi dövründə və İslam inqilabına qədərki İranda qadağan olunmuşdu. Əsər Adana Dövlət Teatrları Baş İdarəsi tərəfindən Mehmet Şekip Taşpınarın rəhbərliyi ilə 2008/2009-cu il teatr mövsümündə səhnələşdirilmişdir.
Balaca uşaqlar (film)
Balaca uşaqlar ― 2006-cı ildə Todd Field tərəfindən Tom Perrotta tərəfindən yazılmış romana əsasən çəkilmiş Amerikan dram filmi.
Balaca və Karlson
== Məzmun == Uzaq şəhərlərdən birində, adi bir küçənin ən adi bir evində Balaca adlı bir oğlan yaşayırdı. Ailəsi də adi bir ailə idi – atası, anası, qardaşı və bacısı var idi. Balaca özü də adi bir oğlan idi. Axı yer üzündə o qədər yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ancaq Balaca öz adiliyi ilə razılaşmırdı. O deyirdi: – Mən adi olmaq istəmirəm. Bir gün Balaca evdə tək idi. Pəncərənin qarşısında dayanıb küçəyə baxırdı. Birdən qulağına vızıltı səsi gəldi.
Balaca Şahağac bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kouperin balaca Madonnası
Kouperin balaca Madonnası (it. Piccola Madonna Cowper) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505 -ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florentina dövrünə aid edilir. "Kouperin balaca Madonnası" əsəri hal-hazırda ABŞ-də, Vaşinqton şəhərində saxlanılır.
Şair, nə tez qocaldın sən...
Şair, nə tez qocaldın sən… — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1956-cı ildə yazıdığı şeir. Bu, şairin son əsərlərindən biridir. S.Vurğunun özünün dediyinə görə, son dövrlər yazdığı ən sevimli şeirlərindəndir. Şeir Səməd Vurğunun ömrünün sonlarında yaxın 1956-cı ildə yazılmış şeirlər silsiləsinin bir hissəsidir ("Mən tələsmirəm …", "Teloqreyka", "Məni xatırla" və s. ilə birlikdə). "Şair, nə tez qocaldın sən?!" şeiri eyni adla, eyni mövzuda iki şeirdir. Lakin onların adı eyni olsa da, şair bu əsərlərdə özü-özünü təkrar etməyib. Hər iki şeirin özünə məxsus yaranma tarixi var. Güclü ov həvəskarı olan Səməd Vurğun Azərbaycanın səfalı yerlərini oba-oba, kənd-kənd gəzirdi. Onun məqsədi özü demişkən, çöllər gözəli ceyranı, cüyürü, turacı məhv etmək deyildi.
Şair, nə tez qocaldın sən?

Qışlaq-i Balaca (Pərsabad)
Qışlaq-i Balaca (fars. قشلاق بالاجا‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 32 nəfər yaşayır (4 ailə).
Balaca qadınlar (film, 2019)
Balaca qadınlar (ing. Little Women) — Qreta Qerviqin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş film. Luiza Mey Alkottun 1868-ci ildə yazdığı eyniadlı roman əsasında çəkilib. Film 19-cu əsrdə Massaçusetsin Konkord şəhərində yaşayan Meq, Co, Bet və Emi bacılarının həyatından bəhs edir. Rollarda Sirşa Ronan, Emma Uotson, Florens Pyu, Eliza Skanlen, Lora Dern, Timoti Şalame, Meril Strip və başqaları çəkilib. == Rollarda == Saoirse Ronan — Josephine "Jo" March Emma Watson — Margaret "Meg" March Florens Pyu — Amy March Eliza Skanlen — Elizabeth "Beth" March Laura Dern — Marmee March Timoti Şalame — Theodore "Laurie" Laurence Meril Strip — Aunt March Tracy Letts — Mr. Dashwood Bob Odenkirk — Father March James Norton — John Brooke Louis Garrel — Friedrich Bhaer Chris Cooper — Mr. Laurence Jayne Houdyshell — Hannah Rafael Silva — Friedrich's friend Dash Barber — Fred Vaughn Hadley Robinson — Sallie Gardiner Moffat Abby Quinn — Annie Moffat Maryann Plunkett — Mrs. Kirke Edward Fletcher — Mr. Laurence's servant Sasha Frolova — Mrs.